Murad Arif Xalq şairi Məmməd Rahimin şeirini SÖZ YIĞINI ADLANDIRDI
Müğənni Murad Arif öz rəsmi facebook hesabında şair Məmməd Rahimin yazdığı “ Sevgilim” şeirini tənqid edib.
Ajans.az xəbər verir ki, müğənni şeirdəki sözləri məntiqsiz adlandırıb.
Onun sözlərinə görə, misralarda konflikt əks olunub. Şeir demək olar ki, söz yığınından ibarətdir.
Qeyd edək ki, Məmməd Rahim Azərbaycan SSR-nin xalq şairi olub. Şairin yaradıcılığında “ Arzular”, “ Vətən sevgisi”, “ Xəzər sahilində” və başqa məşhur əsərlər yer alır.

Mövzular: