Məktəbli qız körpüdən yıxılıb, sağ qalıb- BU ÖLKƏDƏ...
Novosibirskdə 17 yaşlı məktəbli qız Tula çayının üzərindəki Dekadnaya küçəsindəki körpüdən yıxılaraq xəsarət alıb, lakin sağ qalıb.
Ajans.az Ngs.ru portalına istinadən xəbər verir.
Məlumata görə, qız baldır sümüyünün sınığı ilə xəstəxanaya çatdırılıb və hazırda tibbi müşahidə altındadır. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hələlik rəsmi şərh verməyiblər.
Qeyd edilir ki, oxşar hadisələr əvvəllər Sankt-Peterburqda da baş verib: 13 yaşlı məktəbli qız Yaxt körpüsündən suya düşmüş, lakin xilas edilmişdi. Hadisə zamanı zərərçəkən sahilə çıxarılıb və polis tərəfindən təcili yardım işçilərinə təhvil verilib.
Mövzular: