İranda kinoteatrda yanğın baş verib
Bu səhər Tehranın Lalezar küçəsində yerləşən tərk edilmiş kinoteatrda böyük yanğın başlayıb.
Ajans.az İSNA xəbər agentliyinə istinadən xəbər verir ki,alov sürətlə yayılaraq yaxınlıqdakı Cumhuri küçəsinə çatıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər çətin şəraitə baxmayaraq tez müdaxilə edərək alovun əsas hissəsinin qarşısını alıblar. İlkin məlumatlara görə, ölən və ya yaralanan yoxdur.
Yanğın nəzarət altına alınıb, istintaq və təhlükəsizlik tədbirləri davam edir. Yanğının səbəbi araşdırılır.
Mövzular: