Reklam resmi
Reklam resmi

Rusiyada taksi sürücüsü məktəbli qıza hücum ETDİ

Rusiyada taksi sürücüsü məktəbli qıza hücum ETDİ
Dünya

Maqnitoqorskda 62 yaşlı taksi sürücüsü 17 yaşlı məktəbli qıza hücum edib. Hadisə başqa bir avtomobilin videokamerasına düşüb.

Ajans.az xəbər verir ki,bu barədə "Criminal SET" Telegram kanalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, sürücü bağçılıq icmasına səfər etmək istəmədiyi üçün səfərin ləğv edilməsini tələb edib. Lakin yeniyetmə qız telefonunun batareyasının tükənməsi səbəbindən bunu edə bilməyib. Nəticədə sürücü qəzəblənərək qıza fiziki təzyiq göstərib və onun bədənində qançırlar yaranıb.

Polis sürücünün şəxsiyyətini müəyyən edib və araşdırma aparır. Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya taksi

Digər Xəbərlər