Reklam resmi
Reklam resmi

Sulutəpədə yağışın fəsadları: "Vəziyyət çox ağır idi"

Sulutəpədə yağışın fəsadları: \"Vəziyyət çox ağır idi\"
Cəmiyyət

Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Sulutəpə qəsəbəsinin Xələfli küçəsi iflic vəziyyətinə düşüb.

Ajans.az Baku TV-yə istinadən xəbər verir ki,yağış suları ərazidə yerləşən evləri basıb, sakinlər çətin vəziyyətlə üzləşiblər. Şikayətlərdən sonra aidiyyəti qurumlar problemin aradan qaldırılması istiqamətində tədbirlərə başlayıb.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müraciətə operativ reaksiya verilib.

"İki gün əvvəl yağan güclü yağışdan sonra evlərimizi su basmışdı, vəziyyət çox ağır idi. Şikayətimizdən sonra "Azərsu" məsələni nəzərə aldı və hazırda ərazidə işlər aparılır", - deyə sakinlərdən biri bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Mövzular:
Sulutəpə yağış

Digər Xəbərlər