Reklam resmi
Reklam resmi

Oğurluq edən şəxslər SAXLANILDI

Oğurluq edən şəxslər SAXLANILDI
Kriminal

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.

Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindənməlumat verilib. Rayonun Babək prospektində bir nəfərə məxsus 4680 manat dəyərində inşaat materialları oğurlanıb.

Bildirilir ki, hadisə ilə bağlı zərərçəkən polisə məlumat verib. Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Vəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar.

Rayon ərazisində yerləşən avtomobil təmiri sexindən isə 1000 manatlıq avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən, həmin sexdə çalışan əvvəllər məhkum olunmuş P.Allahverdiyev də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mövzular:
Paytaxt oğurluq

Digər Xəbərlər