Reklam resmi
Reklam resmi

Anna Hakobyanın adına saxta WhatsApp hesabı yaradılıb

Anna Hakobyanın adına saxta WhatsApp hesabı yaradılıb
Dünya

Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın adına saxta WhatsApp hesabı açılıb.

Ajans.az xəbər verir ki,Anna Hakobyan sosial şəbəkədə yayımladığı açıqlamada bildirib ki, saxta hesab müxtəlif insanlarla əlaqə saxlamaq, dezinformasiya yaymaq və şəxsi məlumatları ələ keçirmək məqsədilə istifadə olunur.

O, vətəndaşlara xəbərdarlıq edərək, belə mesajlara cavab verməməyə, heç bir məlumat paylaşmamağa və mümkün olduqda hesabı saxta kimi bildirməyə çağırıb. Anna Hakobyan həmçinin izləyicilərinə ayıqlığı və dəstəyi üçün təşəkkürünü bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Anna Hakobyan Nikol Paşinyan

Digər Xəbərlər