Reklam resmi
Reklam resmi

Ötən gecə Rusiya səmasında 90 PUA MƏHV EDİLİB

Ötən gecə Rusiya səmasında 90 PUA MƏHV EDİLİB
Dünya

Ötən sutka ərzində Rusiya səmasında Ukrayna Silahlı Qüvvələrinə məxsus 90 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib, onlardan 63-ü Bryansk vilayəti üzərində zərərsizləşdirilib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Yerdə qalan PUA-lardan 8-i Yaroslavl vilayətinin, 4-ü Moskva regionunun, hərəsi 3 olmaqla Smolensk və Tver vilayətlərinin ərazisi üzərində, eləcə də Qara dənizin akvatoriyasında, hərəsi 2 olmaqla Tambov və Tula vilayətlərinin, 1-i isə Oryol və Rostov vilayətlərinin ərazisi üzərində vurulub", - məlumatda vurğulanıb.

Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər