Reklam resmi
Reklam resmi

İsrail tankı BMT sülhməramlılarına atəş açıb

İsrail tankı BMT sülhməramlılarına atəş açıb
Dünya

Livandakı Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları Livan-İsrail sərhədində patrul xidmətini yerinə yetirərkən atəşə tutulublar.

Ajans.az BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki,İsrail qüvvələri Sarda ərazisindəki Mavi Dəbilqəlilərə Merkava tank pulemyotundan atəş açıblar.

Bəyanatda qeyd olunur: “Tank Livan ərazisində yerləşirdi və patrul xidmətimizə 10-dan çox atəş açılıb. Sülhməramlılara atəş açılmasını BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi şəkildə pozulması hesab edirik, çünki İsrail tərəfi onların yeri və patrul xidmətinin vaxtı barədə əvvəlcədən məlumatlandırılıb.”

UNIFIL komandanlığı İsrail ordusundan sərhəd bölgəsində sabitliyi bərpa etməyə çalışan BMT qüvvələrinə qarşı aqressiv davranış və hücumları dərhal dayandırmasını tələb edir.

Qeyd edək ki, oxşar hadisə 16 noyabrda Əl-Xamamis ərazisindəki Mavi Dəbilqəli müşahidə məntəqəsinin yaxınlığında baş verib. O zaman İsrail hərbçiləri tankın sülhməramlılara qarşı hücumunun qəsdən olmadığını bildiriblər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Livan Birləşmiş Millətlər Təşkilatı

Digər Xəbərlər