Reklam resmi
Reklam resmi

Braziliya nüvə silahlarının qadağan edilməsi müqaviləsinin rədd edib

Braziliya nüvə silahlarının qadağan edilməsi müqaviləsinin rədd edib
Dünya

Braziliya Deputatlar Palatasının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsi ölkənin 2017-ci ildə imzaladığı Nüvə Silahlarının Qadağan Edilməsi Haqqında Müqavilənin (TPNW) təsdiqini rədd edib.

Ajans.az xəbər verir ki,bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.

Qərar Parlament üzvü Luiz Filipe de Orleans e Bragança-nın tövsiyəsi ilə qəbul olunub. Parlamentin mətbuat xidməti onun sözlərini belə sitat gətirib: “Əgər dünya mükəmməl olsaydı, bu təsdiq ideyası nəzərdən keçirilməyə dəyərdi. Lakin hazırda [təklif] getdikcə daha mürəkkəb, dinamik və münaqişələrlə dolu beynəlxalq sistem kontekstində tamamilə təsirsiz və hətta xəyali görünür.”

Qanunverici əlavə edib ki, müqavilə dövlətin müdafiə qabiliyyətlərini və çəkindirmə potensialını inkişaf etdirmək hüququna məhdudiyyətlər qoyur. O vurğulayıb ki, nüvə silahına malik ölkələr onları təkmilləşdirməyə davam edir və Braziliya hələ gələcək nüvə statusunu müəyyən etməyib.

“TPNW-nin qəbul edilməsi ilə dünya, bu silahlara sahib olmayanlar və artıq bu cür imkanlara malik olanlar arasında bölünüb. Biz qərar verməliyik ki, bu qruplardan hansına mənsub olmaq istəyirik. Dürüst olaq ki, bu müqavilənin dünya üzrə nüvə silahlarının ləğvi məqsədinə çatma ehtimalı olduqca aşağıdır,” – deyə parlament üzvü qeyd edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Braziliya nüvə silahları

Digər Xəbərlər