Tramp: “Həkimlər Ağ Evə hücum edən şəxsi xilas edirlər”
ABŞ-ın prezidenti Donald Tramp bildirib ki, həkimlər Ağ Evin yaxınlığında Milli Qvardiya əsgərlərinə silahlı hücum edən şəxsin həyatını xilas etməyə çalışırlar ki, prokurorlar ona qarşı ölüm cəzası tələb edə bilsinlər.
Ajans.az Xarici KİV-əistinadən xəbər verir ki, Tramp bu açıqlamanı Pensilvaniyada keçirdiyi mitinq zamanı verib.
“Onlar (həkimlər – red.) onun həyatını xilas etmək üçün mübarizə aparırlar ki, biz ona ölüm cəzası tətbiq edə bilək. Həkimlər öz işlərini görməlidirlər, sonra isə vəkillər öz işlərini görəcəklər”, – deyə Tramp bildirib.
O həmçinin qeyd edib ki, ağır xəsarət almasına baxmayaraq, hücum edən şəxsin sağ qalmaq ehtimalı var.
Mövzular: