Reklam resmi
Reklam resmi

Yaponiya hərbi qüvvələrini TOPLAYIR

Yaponiya hərbi qüvvələrini TOPLAYIR
Dünya

Yaponiya Tayvan yaxınlığında yerləşən Rükü adalarında hərbi mövcudluğunu artırır. Tokio ərazidə Çinə qarşı raket sistemləri və əlavə qüvvələr yerləşdirir.

Ajans.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, adalarda sürətlə raket batareyaları, radar qüllələri və sursat anbarları yerləşdirilir.

Yaponiya, həmçinin ərazidə "F-35" qırıcılarını, uzaqmənzilli raketləri yerləşdirməyə və amfibiya briqadasını genişləndirməyə başlayır.

Xatırladaq ki, son günlərdə Çin və Yaponiya arasında diplomatik münaqişə kəskinləşib. Gərginlik Yaponiyanın Baş naziri Sanae Takaiçinin Çinin Tayvana qarşı əməliyyatı ehtimalına dair açıqlamalarından sonra yaranıb və Pekin bunu "qırmızı xətt" adlandırıb.

Mövzular:
Yaponiya Tayvan

Digər Xəbərlər