Reklam resmi
Reklam resmi

Gürcüstanda magistratura proqramları pulsuz olacaq

Gürcüstanda magistratura proqramları pulsuz olacaq
Dünya

Gürcüstan dövlət universitetlərinə qəbul olan tələbələr magistr səviyyəsində də tam pulsuz təhsil alacaqlar.

Ajans.az xəbər verir ki,bu dəyişikliklər Ali Təhsil Qanununa edilən düzəlişlər paketində əksini tapıb və Təhsil, Elm və Gənclər İşləri nazirinin müavini Zviad Qabisoniya tərəfindən qanunvericilərə təqdim olunub.

“Biz ali təhsili tamamilə pulsuz edirik. Bu, dövlət universitetlərində tam maliyyələşdirilən model deməkdir. Hazırkı qrant modeli tam dövlət maliyyələşdirməsinə keçidlə əvəz olunacaq. Bu o deməkdir ki, mövcud kvota sistemi ilə dövlət ali təhsil müəssisələrinə qəbul olan tələbələr həm bakalavr, həm də magistr səviyyəsində tam pulsuz təhsil ala biləcəklər”, – Qabisoniya bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan magistratura

Digər Xəbərlər