İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi QƏBUL EDİLDİ
Milli Məclis İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsini III oxunuşda qəbul edib.
Ajans.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.
Sənədə əsasən büdcənin ümumi göstəriciləri
İşsizlikdən sığorta fondunun 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi bunlardır: İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat, işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.
Qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Mövzular: