Reklam resmi
Reklam resmi

Suriyada prezident seçkisinin VAXTI açıqlandı

Suriyada prezident seçkisinin VAXTI açıqlandı
Dünya

Suriyada prezident seçkisi yeni konstitusiyaya əsasən dörd ildən sonra keçiriləcək.

Ajans.az xəbər verir ki, bunu Doha Forumunda çıxış edən Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa bildirib.

O, keçid hökumətinin ölkənin düşdüyü çətin vəziyyətə baxmayaraq, parlament seçkisini təşkil etdiyini qeyd edib.

Xatırladaq ki, martın 13-də Suriyanın beşillik keçid dövrü üçün hüquqi bazasını təşkil edən konstitusiya bəyannaməsi qəbul edilib. Sənədə əsasən, ölkədə bütün icra hakimiyyəti dövlət başçısına məxsusdur. Prezidentə Konstitusiya Məhkəməsinin üzvlərini təyin etmək və fövqəladə vəziyyət elan etmək səlahiyyəti verilib.

Mövzular:
Suriya seçki

Digər Xəbərlər