Reklam resmi
Reklam resmi

Afrikada hotelə silahlı hücum - 11 nəfər ÖLDÜ

Afrikada hotelə silahlı hücum - 11 nəfər ÖLDÜ
Dünya

Cənubi Afrikanın paytaxtı Pretoriyada üç silahlı şəxs hotellərdən birinə basqın edib. Silahlı hücum nəticəsində 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Ajans.az  xarici KİV-ə istinadən xəbər verir ki, Pretoriyadan 18 kilometr qərbdə yerləşən Solsfild qəsəbəsindəki hadisədə ölənlər arasında iki uşaq və bir gənc də olub.

Silahlı hücumun səbəbləri hələ də məlum deyil və heç bir şübhəli şəxs həbs edilməyib.

Polisin verdiyi məlumata görə, bu ilin aprel ayından sentyabra qədər silahlı zorakılıq gündə təxminən 63 nəfərin həyatını son qoyub.

Mövzular:
Afrika Silahlı

Digər Xəbərlər