Makron Çin Təhlükəsizlik Xidmətindən qaçdı
Fransa Prezidenti Emmanuel Makron Siçuan əyalətində tələbələrlə görüşmək üçün Çinə dövlət səfəri zamanı Çin təhlükəsizlik xidmətindən qaçıb.
Ajans.az BFMTV kanalına istinadən xəbər verir ki, görüntülərdə Makronun uzaqda dayanan kütləyə doğru qaçdığı, Çin təhlükəsizlik xidmətinin isə onu təqib etdiyi görünür. BFMTV qeyd edib ki, "prezident kütləyə çatmaq üçün qaçmağa qərar verib".
Məlumatda bildirilir ki, hadisə Makronun Çinə səfərinin son günü, 5 dekabrda baş verib.
Le Figaro üçün Verian tərəfindən aparılan sorğuya görə, Makronun Fransadakı reytinqi oktyabr ayında 11%-ə düşüb ki, bu, onun prezidentliyi dövründə ən aşağı göstəricidir.
var iframeEl = document.querySelector('iframe[src="https://embed.rg.ru/video/2025/12/05/makron-ubezhal-ot-ohrannikov-v-knr-chtoby-poobshchatsia-s-tolpoj.html"]'); if(iframeEl) { iframeEl.onload = function() { iframeEl.contentWindow.postMessage(window.location.href, "https://embed.rg.ru"); } }