Reklam resmi
Reklam resmi

Rusiyada zəlzələ OLDU

Rusiyada zəlzələ OLDU
Dünya

Rusiyanın Kamçatka diyarının şərq sahillərindəki Avaça körfəzində 5,4 bal gücündə zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı öz saytında bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdən 78 km cənub-şərqdə, ocağı isə dəniz dibinin 62 km dərinliyində yerləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ Petropavlovsk-Kamçatskinin müxtəlif ərazilərində dörd bala qədər hiss olunub.

Mövzular:
Rusiya Zəlzələ

Digər Xəbərlər