Reklam resmi
Reklam resmi

İtaliya Ukraynaya silah yardımını dayandırdı

İtaliya Ukraynaya silah yardımını dayandırdı
Dünya

İtaliya Ukraynaya silah tədarükü üzrə NATO proqramında iştirakını gözlənilmədən dayandırıb və bunu mümkün atəşkəslə bağlı aparılan danışıqlarla əsaslandırıb.

Ajans.az  xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyinə istinadən yayımlanıb.

İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, mümkün sülh barədə müzakirələr fonunda silah tədarükü mənasını itirə bilər.

Onun sözlərinə görə, döyüşlərin real şəkildə dayanması halında Kiyev ABŞ istehsalı olan yeni silah sistemlərinin növbəti partiyalarına deyil, ilk növbədə təhlükəsizlik təminatlarına ehtiyac duyacaq.

Mövzular:
Ukrayna İtaliya

Digər Xəbərlər