Reklam resmi
Reklam resmi

Ermənistanda Pakistan səfirliyi açılacaq

Ermənistanda Pakistan səfirliyi açılacaq
Dünya

Ermənistan və Pakistan diplomatik nümayəndəliklərin yaradılması istiqamətində fəal danışıqlar aparır və Ermənistanda Pakistan səfirliyinin açılması planlaşdırılır.

Ajans.az News.am-a istinadən xəbər verir ki,diplomatik mənbələrin bildirdiyinə görə, səfirliyin gələn il fəaliyyətə başlaması nəzərdə tutulur.

Məlumatı dəqiqləşdirmək məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edilib. Nazirlik xəbəri təkzib etməsə də, məsələ ilə bağlı rəsmi mövqeyini təqdim edib:

"Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommünike imzalamaqla, hər iki ölkənin hökumətləri 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və beynəlxalq təcrübəyə uyğun olaraq qarşılıqlı əsasda diplomatik münasibətlərin qurulması məqsədilə nümayəndə mübadiləsi aparmaq və bir-birinə lazımi yardım göstərmək barədə razılığa gəliblər. Bu kontekstdə ictimaiyyət gələcək inkişaflar barədə vaxtında məlumatlandırılacaq."

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Pakistan

Digər Xəbərlər