Reklam resmi
Reklam resmi

Bu ölkə yeni müdafiə bölməsi yaratdı

Bu ölkə yeni müdafiə bölməsi yaratdı
Dünya

Almaniyanın Federal Daxili İşlər Nazirliyi dron təhdidlərinə qarşı mübarizəni gücləndirmək məqsədilə federal polisin xüsusi dronlara qarşı müdafiə bölməsini istifadəyə verib.

Ajans.az xəbər verir ki, xüsusi hazırlıq keçmiş əməkdaşlardan ibarət və ən müasir texnologiyalarla təchiz olunan bölmə dronların aşkarlanması, zərərsizləşdirilməsi və tutulması üzrə operativ tədbirlər həyata keçirəcək.

Yeni struktur hibrid təhlükələrə qarşı federal səviyyədə böhran idarəçiliyini gücləndirməklə yanaşı, dəmir yolu, hava və dəniz nəqliyyatının təhlükəsizliyinə mühüm töhfə verəcək. Bölmənin şəxsi heyətinin sayının yaxın zamanda bir neçə yüzə çatdırılması planlaşdırılır.

Mövzular:
Almaniya Polis

Digər Xəbərlər