Pakistanda məmur və daha üç nəfər qətlə yetirilib
Pakistanda Miranşah şəhərinin köməkçi komissarı və iki polis əməkdaşı da daxil olmaqla dörd nəfər pusquya düşərək öldürülüb.
Ajans.az Dawn qazetinə istinadən xəbər verir ki,, hücum bu gün Xayber Paxtunxva əyalətinin Bannu rayonunda baş verib. Rayonun baş müfəttiş müavini Səccad Xan bildirib ki, “hücum qəfil olub və silahlılar avtomobilə atəş açdıqdan sonra onu yandırıblar”. Hazırda təhlükəsizlik qüvvələri və polis birgə əməliyyat aparır, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Köməkçi komissarın katibi Bilal Saqibin sözlərinə görə, hücum saat 10 radələrində baş verib. O bildirib ki, komissar məhkəməyə gedərkən pusquya düşüb.
Hadisə nəticəsində tarlalarda işləyən bir mülki şəxs də həyatını itirib, iki polis əməkdaşı isə yaralanıb.
Pusqu ilə bağlı istintaq davam edir.
Mövzular: