Peruda qayıq qəzası: 13 nəfər həlak olub, 28 nəfər itkindir
Perunun şərqində Ucayali çayında sərnişin daşıyan qayıq batıb.
Ajans.az xəbər verir ki,hadisə nəticəsində azyaşlılar da daxil olmaqla ən azı 13 nəfər həyatını itirib.
Qurumun məlumatında qeyd olunur ki, “saat 18:00-a (Bakı vaxtı ilə saat 03:00) olan ilkin hesabatda 13 nəfərin öldüyü təsdiqlənib”. Eyni zamanda, 28 nəfər hələ də itkin sayılır və rəqəmin dəyişə biləcəyi istisna edilmir. Hadisə zamanı 16 nəfər xilas edilib.
RPP radiosunun məlumatına görə, təxminən 50 sərnişin daşıyan qayıq Pucalpa şəhərindən yola düşərək Ucayali çayı boyunca müxtəlif yaşayış məntəqələrinə sərnişin daşıyırmış. Qəza İparia qraflığında dayanma zamanı baş verib. İlkin məlumata əsasən, həmin anda körpüdə başqa bir gəmi də olub, lakin onun üzərində heç kəs olmayıb.
Mövzular: