Honkonqda yanğının araşdırılması üçün müstəqil komitə yaradılacaq
Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi hakimiyyəti ən azı 151 nəfərin ölümünə səbəb olan yaşayış kompleksindəki güclü yanğının səbəblərini və başvermə şəraitini araşdırmaq üçün hakimin sədrliyi ilə müstəqil komitə yaratmağı planlaşdırır.
Ajans.az xəbər verir ki,bu barədə bölgənin baş icraçı direktoru Con Li (Li Ciaçao) məlumat verib.
RTHK-nın yaydığı məlumata görə, Con Li cinayət və yanğınla bağlı araşdırmalar davam etdiyi müddətdə hadisə ilə bağlı “hərtərəfli və dərin araşdırma aparmaq, tikinti sistemini nəzərdən keçirmək və gələcəkdə oxşar faciələrin qarşısını almaq” məqsədilə müstəqil komitənin formalaşdırılacağını bildirib. Onun sözlərinə görə, komitənin müstəqilliyini və etibarlılığını təmin etmək üçün araşdırmaya hakim rəhbərlik edəcək.
Con Li həmçinin qeyd edib ki, komitənin araşdırma nəticələri “tam şəkildə ictimaiyyətə açıqlanacaq”.
Mövzular: