Gürcüstan hakimiyyəti BBC-ni məhkəməyə verəcək
Gürcüstan hakimiyyəti polis nümayəndələrinin etirazçılara qarşı kimyəvi maddələrdən istifadə etməsi barədə yalan məlumat yaydığı iddiası ilə BBC-yə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmağa hazırlaşır.
Ajans.az xəbər verir ki,bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının yaydığı bəyanatda bildirilir.
Hadisədən bir gün əvvəl BBC 2024-cü ildə Tbilisidə etirazların dağıdılması zamanı guya Birinci Dünya Müharibəsi dövrünə aid kimyəvi maddələrdən istifadə edildiyini iddia edən məqalə dərc etmişdi. Nəşr öz iddialarını etirazçılar arasında səsləndirilən fikirlərə əsaslandırmışdı.
Partiyanın bəyanatında qeyd olunur ki, məqalə “Gürcüstan hökumətini, polisini və ümumən dövlətçiliyini nüfuzdan salmaq məqsədi daşıyan çirkli təbliğat materialıdır”.
“Bu yalan və əsassız ittihamların yayılmasına görə sözügedən media orqanını məsuliyyətə cəlb etmək üçün bütün mövcud hüquqi mexanizmlərdən istifadə edəcəyik”, – deyə bəyanatda vurğulanır.