Rusiyada futbolçu oyun zamanı VƏFAT ETDİ
Ufada keçirilən Açıq Həvəskar Liqa matçı faciə ilə nəticələnib.
Ajans.az “Sport Baza”-ya istinadən xəbər verir ki, “Arlan” həvəskar klubunun futbolçusu oyun zamanı qəfil özünü pis hiss edərək yerə yıxılıb və dünyasını dəyişib.
İlkin məlumatlara əsasən, 36 yaşlı oyunçunun ölümünə oyun zamanı qopan qan laxtası səbəb olub.
Ufa1.ru-nun yazdığına görə, futbolçunun 35 yaşı olub. Hadisə yerinə iki təcili yardım briqadası cəlb edilsə də, həkimlərin kliniki ölüm vəziyyətində olan oyunçunu xilas etmək cəhdləri nəticə verməyib.
Mövzular: