Reklam resmi
Reklam resmi

Vertolyot qəzaya uğrayıb: Pilot HƏLAK OLUB

Vertolyot qəzaya uğrayıb: Pilot HƏLAK OLUB
Dünya
1121

Şri-Lanka Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Ditva tropik siklonunun zərər vurduğu bölgədə xilasetmə əməliyyatı zamanı qəzaya uğrayıb.

Ajans.az xəbər verir ki,bu barədə qurumun rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, vertolyot yardım çatdırmaq və su altında qalan ərazilərdən sakinləri təxliyə etmək üçün adi missiyanı yerinə yetirərkən qəzaya düşüb. Pilot xəsarətlərlə xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, həyatını itirib. Göyərtədə olan digər dörd nəfər yaralanıb.

Güclü Ditva tropik siklonu Şri-Lankada genişmiqyaslı daşqınlara və dağıntılara səbəb olub. Ölkədə fövqəladə vəziyyət elan edilib. Şri-Lanka Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatına görə, təbii fəlakət nəticəsində ən azı 334 nəfər həlak olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Vertolyot qəza Şri-Lanka Hərbi Hava Qüvvələri

Digər Xəbərlər