Reklam resmi
Reklam resmi

Çin raketi "Shi jian-28" eksperimental peykini orbitə çıxarıb

Çin raketi \"Shi jian-28\" eksperimental peykini orbitə çıxarıb
Dünya

"Changzheng-7A" ("Böyük yürüş-7A") daşıyıcı raketi bazar günü "Shi jian-28" eksperimental peykini uğurla orbitə çıxarıb.

Ajans.az bu barədə "China Daily"ə istinadən xəbər verir.

Bildirilib ki, raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan Pekin vaxtı ilə 20:20-də (Bakı vaxtı ilə 16:20-də) həyata keçirilib. Peyk daşıyıcıdan ayrıldıqdan sonra uğurla nəzərdə tutulan orbitə çıxıb.

Qeyd edək ki, cihaz əsasən, kosmik mühitin tədqiqi, eksperimentlərin aparılması və müxtəlif texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.

Mövzular:
peyk

Digər Xəbərlər