Reklam resmi
Reklam resmi

Hindistanda faciə: şirlər uşaqlara hücum edib

Hindistanda faciə: şirlər uşaqlara hücum edib
Dünya

Hindistanın Qucarat əyalətində nadir Asiya şirləri üç gün ərzində iki uşağa hücum edərək onların həyatına son qoyub.

Ajans.az The Times of India-ya istinadən xəbər verir ki,Gir Forest Milli Parkının yerləşdiyi Gir Somnath rayonunda dişi Asiya şiri iki yaşlı Aadhya Makwanaya hücum edib.

Uşaq səhər saat 10:00 radələrində evinin eyvanında oynayarkən şir peyda olub. Aadhyanın anası aslanı qovmağa çalışsa da, cəhdləri nəticəsiz qalıb və şir uşağı cəngəlliyə sürüyüb. Hadisədən sonra ailə dərhal Meşə Departamentinə məlumat verib, şir iki saat sonra tutulub, lakin uşağın yarım yeyilmiş qalıqları cəngəllikdə aşkar edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan şir

Digər Xəbərlər