Reklam resmi
Reklam resmi

ABŞ Ağ Ev qarşısındakı hücumun şübhəlisinə ağır cəza tələb edir

ABŞ Ağ Ev qarşısındakı hücumun şübhəlisinə ağır cəza tələb edir
Dünya

ABŞ Baş Prokuroru Pam Bondi Ağ Evin yaxınlığında Milli Qvardiya üzvlərinə silahlı hücum edən şəxsə qarşı ölüm cəzası tələb etməyə hazırlaşdığını bildirib.

Ajans.az xəbər verir ki,bu açıqlama hücum nəticəsində yaralanan 20 yaşlı Sara Bekstromun vəfatından sonra səsləndirilib.

“Sara üçün ədalət yerini tapacaq. Prezident Tramp sayəsində ölüm cəzası geri qaytarıldı”, — Bondi sosial şəbəkədə yazıb.

Baş Prokuror daha əvvəl qeyd etmişdi ki, əgər qurbanlardan hər hansı biri dünyasını dəyişərsə, işin hüquqi təsnifatı dəyişəcək və prokurorların tələb edə biləcəyi yeganə mümkün cəza ölüm hökmü olacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir gün öncə Milli Qvardiyanın 20 yaşlı üzvü Sara Bekstromun aldığı ağır xəsarətlər nəticəsində vəfat etdiyini açıqlayıb. Onun həmkarı, 24 yaşlı digər qvardiyaçı isə hələ də həyatı uğrunda mübarizə aparır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ağ Ev

Digər Xəbərlər