Reklam resmi
Reklam resmi

Təyyarə qəzası barədə qeyri-rəsmi xəbər yayanlar SAXLANILDI-BU ÖLKƏDƏ...

Təyyarə qəzası barədə qeyri-rəsmi xəbər yayanlar SAXLANILDI-BU ÖLKƏDƏ...
Dünya

Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi açıqlamadan əvvəl sosial mediada C-130 hərbi yük təyyarəsindəki hərbçilərin ölümü ilə bağlı məlumat paylaşan şəxslərə qarşı cinayət işi açıldığını bildirib.

Ajans.az xəbər verir ki,naizrlik sözçüsü Zeki Aktürkin açıqlamasına görə, 11 noyabr 2025-ci ildə Azərbaycan-Gürcüstan sərhədində baş verən C-130 qəzası zamanı həlak olan 20 hərbçi haqqında məlumatı rəsmi açıqlamadan əvvəl paylaşan şəxslər arasında təqaüddə olan hərbçilərin də olduğu müəyyən edilib.

Aktürk qeyd edib ki, bu şəxslərə qarşı yalnız cinayət işləri açılmayıb, eyni zamanda bir sıra hərbi müəssisələrə girişləri də qadağan edilib. Nazirlik, şəhid ailələrinin ağrısını nəzərə alaraq, axtarış-xilasetmə əməliyyatları davam edərkən məlumatların sosial mediada yayılmasının yolverilməz olduğunu vurğulayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə təyyarə

Digər Xəbərlər