Makron Fransada könüllü hərbi xidmətin tətbiqini elan etdi
Fransada könüllü hərbi xidmət gələn yaydan etibarən tətbiq olunacaq.
Ajans.az yerli mediaya istinadən xəbər verir kiPrezident Emmanuel Makron bu təşəbbüsü açıqlayıb. Yeni proqram 10 ay müddətində davam edəcək və hökumət planına görə, 2035-ci ilə qədər hər il 50.000-ə qədər əsgər cəlb olunacaq.
Beləliklə, Fransa ordusu peşəkar əsgərlərdən, ehtiyatda olanlardan və xidmət etmiş könüllülərdən ibarət olacaq. Prezident Makron bildirib ki, bu yenilik əhali artımının azalması fonunda şəxsi heyətin sayını qorumaq məqsədini daşıyır.
Mövzular: