Banqladeşin keçmiş Baş nazirinə 21 il həbs cəzası verilib
Banqladeş məhkəməsi keçmiş Baş nazir Şeyx Hasinaya korrupsiya işi üzrə 21 il həbs cəzası verib.
Ajans.az BSS dövlət xəbər agentliyinə istinadən xəbər verir ki,hakim hökmü onun iştirakı olmadan, qiyabi olaraq çıxarılıb, çünki Şeyx Hasina hazırda ölkədən kənarda, Hindistandadir.
Məhkəmə Purbaçolda Rajuk Yeni Şəhər layihəsi üçün torpaq ayrılmasında baş verən qanun pozuntuları ilə bağlı üç iddia üzrə qərar verib. Hər bir iş üzrə 7 il olmaqla, ümumilikdə keçmiş baş nazir 21 il müddətinə azadlıqdan məhrum edilib. Qərarda qeyd olunub ki, “torpaq heç bir ərizə olmadan və onun qanuni səlahiyyətlərini pozaraq Şeyx Hasinaya ayrılıb.”
Əvvəlki həftə isə Banqladeş üzrə Beynəlxalq Cinayət Tribunalı Şeyx Hasinaya insanlığa qarşı cinayətlər və soyqırımı ittihamları üzrə qiyabi edam cəzası verib.
Mövzular: