Hakimiyyət sosial mediaya çıxışı məhdudlaşdırıb- BU ÖLKƏDƏ...
Qvineya-Bisauda hərbi hakimiyyət telekommunikasiya şirkətlərinə YouTube, TikTok və Facebook-a girişi müvəqqəti olaraq dayandırmağı tapşırıb.
Ajans.az xəbər verir ki,bu barədə yerli Demokrata qəzeti məlumat yayıb.
Qəzet bildirir ki, “Milli Təhlükəsizlik və İctimai Asayişin Bərpası üzrə Ali Hərbi Komandanlıq ölkədə fəaliyyət göstərən telekommunikasiya şirkətlərinə müəyyən rəqəmsal platformalara, xüsusən də Facebook, TikTok və YouTube-a girişi dayandırmağı tapşırıb.”
Hərbi hakimiyyətin bu addımı zorakılığa və dezinformasiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, çərşənbə günü Qvineya-Bisaunun hazırkı prezidenti Oumaro Sissoko Embalo çevrilişdən sonra prezident sarayındakı ofisində həbs olunduğunu açıqlayıb.
Mövzular: