Reklam resmi
Reklam resmi

İş adamının noutbuku beynəlxalq uçuşu yarımçıq saxladı

İş adamının noutbuku beynəlxalq uçuşu yarımçıq saxladı
Dünya

United Airlines şirkətinin transatlantik reysi biznes-sinif sərnişinin noutbukunun oturacağın arasına düşərək ilişib qalması səbəbilə məcburi eniş edib.

Ajans.az xəbər verir ki,bu barədə The Standard qəzeti məlumat yayıb.

Hadisə 19 noyabrda London–Vaşinqton reysi zamanı baş verib. Uçuşdan təxminən iki saat sonra sərnişinlərdən birinə məxsus noutbuk oturacaq ilə divar arasına düşərək sıxışıb və təhlükəsizlik riski yaradıb. Litium-ion batareyalı cihazlarda qızma və yanğın riski olduğundan, pilotlar təcili qərar verərək təyyarəni İrlandiyanın Dublin şəhərinə endiriblər.

Dublində enişdən sonra texniki heyət noutbuku çıxarıb və yoxlayıb. Təyyarə 100 sərnişin və 10 ekipaj üzvü ilə beş saatlıq gecikmədən sonra Atlantik üzərindən uçuşunu davam etdirərək Vaşinqtona çatıb.

Məlumata görə, litium batareyalı cihazların oturacağa ilişib qalması transatlantik uçuşlarda standart qaydalara əsasən marşrutun dəyişdirilməsi və təcili enişlə nəticələnir, çünki belə hallarda yanğın təhlükəsi yüksək olur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
United Airlines ABŞ

Digər Xəbərlər