Reklam resmi
Reklam resmi

Trampdan Ağ Ev yaxınlığındakı atışmaya SƏRT REAKSİYA

Trampdan Ağ Ev yaxınlığındakı atışmaya SƏRT REAKSİYA
Dünya

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında Milli Qvardiya üzvlərinə qarşı açılan atəşi “pislik, nifrət və terror aktı” kimi qiymətləndirib.

Ajans.az xəbər verir ki,dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yayımladığı video-müraciətdə bildirib və hadisəni törədən şəxs üçün “tez bir ədalət” vəd edib.

Tramp vurğulayıb ki, atışma şübhəlisi 2021-ci ildə — sələfi Co Bayden administrasiyası dövründə — Əfqanıstandan, onun ifadəsi ilə desək, “yer üzündəki cəhənnəm yuvasından” ABŞ-a gətirilib.

Prezident bildirib ki, Bayden dövründə Əfqanıstandan ölkəyə daxil olan bütün xarici vətəndaşların yenidən yoxlanılmasına ehtiyac var: “Ölkəmizə heç nə qatmayan və buraya aid olmayan bütün xarici vətəndaşların çıxarılması üçün lazım olan bütün tədbirləri görməliyik. Əgər onlar Amerika Birləşmiş Ştatlarını sevə bilmirlərsə, biz onları istəmirik. Amerika heç vaxt terror qarşısında əyilməyəcək və təslim olmayacaq.”

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ağ Ev

Digər Xəbərlər