ABŞ Vaşinqtondakİ atışmanın Ağ Evə yönəldiyinə İNANMIR
ABŞ Gizli Xidməti Vaşinqtonda iki Milli Qvardiya üzvünün yaralanması ilə nəticələnən atışmanın Ağ Evə qarşı yönəldildiyini göstərən hər hansı işarənin olmadığını bildirib.
Ajans.az xəbər verir ki,bu barədə The Washington Post qəzeti məlumat yayıb.
Gizli Xidmətin sözçüsü Entoni Quqlielmi jurnalistlərə açıqlamasında mövcud informasiyalara əsasən, atəş açan şəxsin “Ağ Evə maraq göstərmədiyini” deyib. O əlavə edib ki, yüksək vəzifəli şəxslərin mühafizəsinə cavabdeh olan Gizli Xidmət əməkdaşları hadisə zamanı atıcıya atəş açmayıblar.
Mövzular: