Reklam resmi
Reklam resmi

Naxçıvanda əl qumbarası və top mərmisi tapıldı - VİDEO

Naxçıvanda əl qumbarası və top mərmisi tapıldı - VİDEO
Kriminal

Naxçıvanda silah-sursat aşkarlanıb.

Ajans.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQ partladıcısı, 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

Mövzular:
Naxçıvan bomba mərmi

Digər Xəbərlər