Trampa qarşı açılan bütün cinayət işləri bağlanıb
ABŞ-nin Corciya ştatında məhkəmə ABŞ prezidenti Donald Tramp və onun komandası barəsində açılmış cinayət işini bağlayıb.
Ajans.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Fulton dairəsinin məhkəməsi prokurorluğun Trampa qarşı əvvəl irəli sürülmüş ittihamlar, o cümlədən saxtakarlıq, vəzifəli şəxsi andını pozmağa təhrik etmə və həmçinin mütəşəkkil cinayətkar qruplaşmalarla mübarizəyə yönəlmiş “RICO” Aktının pozulması üzrə icraata xitam verilməsi barədə vəsatətini təmin edib.
“Məhkəmə vəsatəti təmin edir. Bu iş tam şəkildə bağlanır”, - deyə məhkəmənin qərarında qeyd olunur.
Beləliklə, ABŞ-da artıq Amerika liderinə qarşı heç bir məhkəmədə açılmış cinayət işi yoxdur.
Mövzular: