Reklam resmi
Reklam resmi

DİQQƏT: Bu virusdan ölənlərin sayı 6 nəfərə ÇATDI

DİQQƏT: Bu virusdan ölənlərin sayı 6 nəfərə ÇATDI
Dünya

Efiopiyada Marburq virusu epidemiyasından ölənlərin sayı 6 nəfərə çatıb.

Ajans.az bu barədə "Reuters"ə istinadən xəbər verir. 

Bildirilib ki, virusa yoluxduğu aşkarlanan 11 nəfərdən altısı ölüb, beşi isə müalicə alır.

Səhiyyə nazirliyi bildirib ki, yoluxmuş şəxslərlə təmasda olmaqda şübhəli bilinən 349 nəfər karantin olunub və onlardan 119-u nəzarəti başa vurduqdan sonra evə buraxılıb.

Xatırladaq ki, Efiopiya ilk dəfə epidemiya vəziyyətini 14 noyabrda təsdiqləyib. Bundan üç gün sonra isə üç ölüm hadisəsi qeydə alınıb.

Ebola ilə eyni virus ailəsinə mənsub olan Marburq tez-tez şiddətli baş ağrıları ilə özünü göstərir və qanaxmaya səbəb olur.

Mövzular:
marburq virusu

Digər Xəbərlər