Ordu hakimiyyəti ƏLƏ KEÇİRDİ - Bu ölkədə
Qvineya-Bisauda prezidentin hərbi idarəsinə rəhbərlik edən briqada generalı Denis N'Kanya ordunun ölkədə hakimiyyəti ələ keçirdiyini elan edib.
Ajans.az xəbər verir ki, o bu barədə milli televiziyada çıxış edib.
"Bütün dövlət qurumlarının fəaliyyəti dayandırılıb", - deyə general bəyan edib. N'Kanya ölkədə fəaliyyət göstərən narkobaronların iştirakı ilə Qvineya-Bisauda sabitliyi pozmaq planını aşkarladığını bildirib.
Hərbçi ölkə sərhədlərinin bağlandığını, bütün media orqanlarının fəaliyyətinin dayandırıldığını və komendant saatının tətbiq olunduğunu açıqlayıb.
Həmçinin 23 noyabrda keçirilən prezident və parlament seçkisində toplanmış səslərin sayılması dayandırılıb. Seçkilərdə iştirak edən və ikinci müddət üçün yenidən seçilmək istəyən prezident Umaru Sisoko Embalo və bir sıra yüksəkrütbəli zabitlər saxlanılıblar.
Mövzular: