Reklam resmi
Reklam resmi

Devrilmiş Banqladeş baş nazirinin 10 kq qızılı müsadirə edilib

Devrilmiş Banqladeş baş nazirinin 10 kq qızılı müsadirə edilib
Dünya

Banqladeşin korrupsiyaya qarşı mübarizə orqanları devrilmiş baş nazir Şeyx Hasinanın depozit qutularından təxminən 10 kq qızıl müsadirə edib.

Ajans.az xəbər verir ki,bu barədə Əl-Ərəbiyyə məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, depozit qutuları sentyabr ayında müsadirə edildikdən sonra məhkəmə qərarı ilə açılıb. Bəyanatda qeyd olunur: “Depozit qutularını açdıq və keçmiş baş nazirə məxsus təxminən 9,7 kq qızıl tapdıq”.

Müstəntiqlər iddia edirlər ki, Hasina vəzifədə olduğu müddətdə aldığı bəzi hədiyyələri qanuna uyğun olaraq dövlət xəzinəsinə təhvil verməyib. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) həmçinin Hasinanın vergidən yayınma ehtimalını və tapılan qiymətli əşyaların rəsmi bəyan edilib-edilmədiyini araşdırır.

Qeyd edək ki, Banqladeş üzrə Beynəlxalq Cinayət Tribunal əvvəllər Hasinanı tələbə üsyanının zorakılıqla yatırılmasına görə edam cəzasına məhkum etmişdi. BMT-nin məlumatına görə, Hasina hakimiyyətdə qalmaq üçün mübarizə apararkən üsyan zamanı təxminən 1 400 nəfər həyatını itirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Banqladeş Şeyx Hasinan

Digər Xəbərlər