Reklam resmi
Reklam resmi

İran Parlamentindən yayılan görüntülər müzakirələrə səbəb olub

İran Parlamentindən yayılan görüntülər müzakirələrə səbəb olub
Dünya

İran İslam Respublikasının parlamentinin plenar iclasından yayılan görüntülər sosial mediada geniş rezonans doğurub.

Ajans.az “Azad Iran” Telegram kanalına istinadən xəbər verir ki, paylaşılan kadrlarda bir sıra millət vəkillərinin iclas zamanı qeyri-adi şəkildə davranması istifadəçilər arasında həm istehza, həm də tənqidlərə səbəb olub.

Görüntülərdə bəzi deputatların ayaqlarını masanın üzərinə qoyduğu, digərlərinin isə stullarını kənara çəkərək yerə oturduğu əks olunub. Sosial şəbəkə istifadəçiləri bu davranışları parlament prosedurlarına və iclasın ciddiyyətinə hörmətsizlik kimi dəyərləndiriblər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Parlament

Digər Xəbərlər