Anbarda ŞİDDƏTLİ yanğın: 150 yanğınsöndürən cəlb olunub - Bu ölkədə...
Londonun qərbində anbarda böyük yanğın hadisəsi baş verib.
Ajans.az BBC-yə istinadən xəbər verir ki, yanğının səbəbi anbarda fişəng və qaz balonları olduğu güman edilir.
London Yanğından Mühafizə Briqadası bildirib ki, hadisə yerinə təxminən 150 yanğınsöndürən və 25 texnika göndərilib.
Köməkçi komissar bildirib ki, anbardakı partlayışlar barədə məlumat aldıqdan sonra bütün yanğınsöndürənlərin geri çəkilib və ekipajın təhlükəsizliyini təmin etmək üçün yanğın daha uzaq məsafədən söndürülüb.
Bildirilib ki, üç məktəb və bir yaşayış binası ehtiyat tədbiri olaraq təxliyə edilib.
Mövzular: