Ali Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi
Ali Məhkəmənin hakiminin fəaliyyətinə xitam verilib.
Ajans.az xəbər verir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Zakir Quliyev bir müddət əvvəl öz ərizəsi ilə fəaliyyətinə xitam verilməsi üçün Məhkəmə Hüquq Şurasına müraciət edib.
Məhkəmə-Hüquq Şurası müraciətə müsbət cavab verib və hakimin fəaliyyətinə xitam verilib.
Qeyd edək ki, Zakir Quliyev 2016-cı ildə müddətsiz hakim təyin edilmişdi.
Mənbə/APA
Mövzular: