Aİ Ukraynaya maliyyə və silah dəstəyini davam etdirəcəyinə söz verib
Avropa Şurasının prezidenti Antoniu Koşta Avropa İttifaqının Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verdi.
Ajans.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
O, jurnalistlərə verdiyi açıqlamada deyib: "Avropa İttifaqı Prezident Zelenskiyə lazım olan bütün dəstəyi - diplomatik dəstək, hərbi dəstək, iqtisadi dəstək göstərməyə davam etməyə sadiqdir. Bu, xüsusilə Ukraynaya maliyyə dəstəyi ilə bağlıdır".
Antoniu Koşta əlavə edib ki, Aİ liderlərinin ötən ay Ukraynanın növbəti iki il üçün maliyyə ehtiyaclarını ödəmək barədə razılığa gəlib.
"Sülh danışıqlarında yeni bir impuls var. ABŞ, Ukrayna, Avropa İttifaqı və Avropa nümayəndələri arasında dünən Cenevrədə keçirilən görüş əhəmiyyətli irəliləyişlər qeyd etdi", - deyə Kosta bildirib.
O, "həll olunmalı məsələlərin hələ də qaldığını", lakin "istiqamətin müsbət olduğunu" bildirib.
Mövzular: