Ərdoğan Putinlə Ukraynanı müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Ajans.az xəbər verir ki,bu barədə Kremlin mətbuat xidməti rəsmi Telegram kanalında məlumat yayıb.
Məlumata görə, tərəflər Ukrayna ətrafındakı vəziyyəti, o cümlədən ABŞ-ın irəli sürdüyü sülh təklifləri kontekstində fikir mübadiləsi aparıblar.
Kreml qeyd edir ki, Ərdoğan danışıqlar prosesinə dəstək verməyə hazır olduğunu bildirib və bu məqsədlə İstanbul platformasını təqdim etməyə hazır olduğunu vurğulayıb.
Mövzular: