İran küçələri “böyrək bazarına” çevrilib- FOTO
Sosial mediada İranın ağır sosial-iqtisadi durumunu əks etdirən daha bir foto geniş müzakirələrə səbəb olub. Şəkildə küçədə əlində qan qrupunun yazıldığı lövhə tutan və böyrəyini satmaq istədiyini bildirən bir kişi görünür.
Ajans.az Azad İran teleqram kanalına istinadfən xəbər verir ki, həm də xarici istifadəçilər arasında ciddi narahatlıq doğurub. Şərhçilər qeyd edirlər ki, dərinləşən iqtisadi böhran səbəbindən bir çox iranlı şəxsi sağlamlığını riskə ataraq orqan satışına belə məcbur qalır.
Ekspertlər bildirirlər ki, bu görüntü ölkədə uzun müddətdir davam edən sosial-iqtisadi çətinliklərin növbəti açıq təzahürüdür və vəziyyətin nə qədər kritik həddə çatdığını göstərir.

Mövzular: