Avstraliya senatoru parlamentdə burkada görünüb
Avstraliyanın ifrat sağçı senatoru Pauline Hanson parlamentdə burkada görünüb. Bu addım onun müsəlmanların baş örtüyünü qadağan edən qanun layihəsini dəstəkləmək cəhdi kimi qiymətləndirilir.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, Avstraliyada ictimai yerlərdə burka və digər üz örtüklərinin geyinilməsini qadağan edən qanun layihəsinin təqdim edilməsinə icazə verilməməsindən sonra burka geyinib. Bu, onun bəzi müsəlman qadınların geyindiyi baş örtüyünü parlamentdə ictimai yerlərdə qadağan etməyə cəhdinin ikinci dəfə nümayişi olub.
Senatda Hansonun burkada görünməsi müsəlman həmkarları arasında qəzəb yaradıb və ondan iclasdan çıxması tələb olunub. Hanson çıxmaqdan imtina etdikdən sonra Senat iclası dayandırılıb.
Mövzular: