Reklam resmi
Reklam resmi

Gürcüstanda meşə yanğını: yanğınsöndürmə əməliyyatı başladıldı

Gürcüstanda meşə yanğını: yanğınsöndürmə əməliyyatı başladıldı
Dünya

Gürcüstanın Bağdati rayonu yaxınlığında meşə yanğını baş verib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, alov hazırda nəzarət altına alınmayıb.

Gürcüstan Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən bildirilib ki, yanğının söndürülməsinə təxminən 200 yanğınsöndürən və xüsusi texnika cəlb olunub. Əməliyyata həmçinin Sərhəd Polisinin üç helikopteri qoşulub və vəziyyəti operativ şəkildə izləmək üçün xüsusi qərargah yaradılıb.

Agentliyin məlumatına əsasən, yanğının yaşayış məntəqələrinə yayılması təhlükəsi yoxdur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan meşə yanğını

Digər Xəbərlər